Moskva Ermənistandan narazıdır
Hurriyyet.az xəbər verir ki, Rusiya Ermənistan hərbçilərinin ABŞ hərbçiləri ilə birgə təlimlərdə iştirak etməsindən narazıdır. "Qartal Tərəfdaş" (Eagle Partner) adlanan təlimlərin 15-24 iyul tarixlərində keçirilməsi planlaşdırılıb.
RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova həmin təlimlərin Ermənistanın Rusiya Federasiyası ilə təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmlərini pozduğunu bildirib.
Zaxarovanın sözlərinə görə, Qərb "münevrlərə və məşq proqramlarına cəlb eləməklə respublikaya öz NATO hərbi standartlarını yeridir, bu da qərbçilərin Ermənistanın daxili və xarici siyasətinə əlavə təsir alətlərinə sahiblənməsinə səbəb olur".
Zaxarova deyib: "Ermənistanın sitemli xarakter almış bu cür addımları həmin sahədə əldə edilmiş qarşılıqlı təsir mexanizmlərinin işləməsi pespekivlərini korlayır".
XİN təmsilçisi Ermənistanda ABŞ hərbçilərinin iştirakı ilə belə təlimlərin ikinci dəfə keçirildiyini söyləyərək əlavə edib: "Onlar təəssüfdən savayı, heç nə doğurmur. Xüsusilə də İrəvanın KTMT-dəki fəaliyyətini faktiki dondurması və bu təşkilatın ünvanına aşkar düşməncəsinə çıxışlarından sonra. Qərbçilər hansı sülhməramlı məqsədlərdən dəm vursalar da, aydın görünür ki, onların əsas məqsədi özlərinin geosiyasi layihələri üçün zəmin yaratmaqdır".
TASS informasiya agentliyinin məlumatına görə, "Qartal Tərəfdaş" təlimləri ilk dəfə 2023-cü ildə Ermənistanda keçirilib və orada 85 nəfər amerikalı və 175 erməni hərbçi iştirak edib.
Hürr Tərcüman