📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva ətrafında böyük partlayış

2023-08-09 15:09:00

Moskva ətrafında böyük partlayış

Hürriyyət.az  “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Zaqorsk optik-mexanika zavodunda partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti idarəsi məlumat verib. Partlayış dalğası nəticəsində ətrafdakı binaların şüşələri sınıb. 40 nəfərdən artıq insan zərər çəkib. Partlayışın səbəbi bəlli deyil.

Sosial şəbəkələrdəki məlumata görə, Zaqorsk Optik-Mexanika Zavodu Rusiya hərbi sənayesinin hərbi ehtiyaclar üçün optika istehsal edən ən böyük strukturlarından olub.

Hürr Tərcüman