Moskva görüşü 10 may tarixində keçirilə bilər – İrandan xəbər gözlənilir
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində Türkiyədə prezident seçkilərindən əvvəl Suriya məsələsi ilə bağlı nazirlər səviyyəsində görüş keçiriləcəyini bildirib.
Çavuşoğlu İran və Rusiyanın vasitəçiliyi ilə Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesindən danışarkən deyib: “Belə bir görüş keçiriləcək. Bundan əvvəl hazırlıq görüşləri keçirilib. Danışıqlar bir yol xəritəsi çərçivəsində aparılır. Kəşfiyyat rəhbərlərinin və müdafiə nazirlərinin görüşü keçirilib. Texniki səviyyədə görüşlərdə əməkdaşlıq, xüsusilə sahədə təhlükəsizliyin artırılması, terrorla mübarizə kimi məsələlər detallı şəkildə müzakirə edilir. Xarici işlər nazirlərinin müavinlərinin də görüşləri keçirilib. İndi ruslardan görüş tarixi təklifləri gəlib. 10 may tarixində belə bir görüşün keçirilməsi planlaşdırılır. Hazırda İran Prezidenti (İbrahim) Rəisi Afrika səfərinə çıxıb. İrandan kimin gələcəyi hələ dəqiqləşməyib. Nazir icazə alıb gələcəkmi? Yoxsa, başqa bir yoldaş gələcək? Bu, dəqiqləşməyib. Lakin onun da iştirak edəcəyi gözlənilir. Görüşün Moskvada keçirilməsi planlaşdırılır”.
Hürr Tərcüman