📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva Gürcüstanla əlaqələri genişləndirməyə hazırdır

2024-10-28 18:32:08

Moskva Gürcüstanla əlaqələri genişləndirməyə hazırdır

Hurriyyet.az xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransındakı çıxışı zamanı Gürcüstan hakimiyyətindən əlaqələri genişləndirmək təklifləri gələcəyi təqdirdə, Rusiya tərəfinin onları nəzərdən keçirməyə hazır olduğunu bildirib. 
Lavrov deyib: "Hazırda bizim diplomatik münasibətlərimiz yoxdur. Çünki Gürcüstanın əvvəlki rəhbərliyi həmin münasibətləri dayandırmışdı. Lakin bizim və gürcü tərəfinin bir-birimizin ərazisindəki İsveçrə səfirliklərinin yanında maraqlarımızı təmsil edən şöbələr var". 
Lavrov Rusiyanın Tbilisidəki təmsilçilərinin ticarət, iqtisadiyyat, turizm sahəsindəki əlaqələrə töfhə verdiklərini bildirib.
Hürr Tərcüman