Moskva hava limanında sərnişinlərlə dolu təyyarə qar topasının altında qaldı
2023-12-12 19:56:52
Moskvanın Vnukovo hava limanında göyərtəsində sərnişinlərin olduğu "Yak-40” təyyarəsi qar topasının altında qalıb.
Hurriyyet.Az oxu.az-a istinadən xəbər verir ki, Voloqda aviasiya şirkətinə məxsus təyyarə Moskvadan Voloqdaya uçmalı imiş. O, uçuşa hazırlaşarkən uçuş-enmə zolağından çıxıb və qar topasına girib.
Qeyd edək ki, fövqəladə vəziyyətə görə təyyarənin uçuşu altı saat gecikib. Nəticədə bəzi sərnişinlər Voloqdaya qatar və ya avtobusla getməyə qərar veriblər.