📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Moskva ilə İrəvan arasındakı gərginlik müvəqqətidir"

2024-03-06 14:56:01

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki,  RF Prezidentinin mətbuat katibi Dmitri Peskov "Bilik.Birincilər" gənclər festivalı çərçivəsində keçirilən maarifçilik marafonundakı çıxışında Rusiya ilə Ermənistan münasibətlərindəki çətinliklərin müvəqqəti olduğunu, iki ölkə arasındakı əməkdaşlığın tamamilə qarşılıqlı faydalı olduğunu deyib.
Psekov deyib: "Ən yaxın qonşuların da arasında münasibətlərin gərginləşdiyi dövr olur. Lakin burada siyasi iradə tələb olunur ki, bizim tərəfimizdə bu, vardır. Həmçinin konstruktivlik, iki ölkənin liderlərinin siyasi uzaqgörənliyi lazımdır - bu da bizim tərəfdə mövcuddur. Ona görə də, bütün bu çətinliklərin keçəcəyinə əminəm. Rusiya ilə Ermənistan arasındakı əməkdaşlıq hər iki tərəf üçün tam faydalıdır".
Hürr Tərcüman