📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva ilə Tehran arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

2023-07-21 14:30:00

Moskva ilə Tehran arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə nazirinin müavini Aleksandr Fomin iranlı həmkarı ilə hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu barədə məlumatı RF MN yayıb. 

Açıqlamada deyilir: "İyulun 21-də Rusiya Federasiyasının Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin İran İslam Respublarikanın Silahlı Qüvvələrinə Dəstək və Müdafiə nazirinin müavini briqada generalı Höcətulla Qüreyşi ilə danışıqlar aparıb".

Danışıqların ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri əhatə elədiyi bildirilir. MN açıqlamasında deyilir: "Həmçinin, regional təhlükəsizlik və beynəlxalq vəziyyət məsələri ilə bağlı fikir mübadiləsi aparılıb".

Hürr Tərcüman