Moskva-İrəvan müzakirələri: “Sülhməramlılar barəsində son qərar Azərbaycanındır”
Azərbaycan ərazisinə kimlərin yerləşdiriləcəyi məsələsi Rusiya ilə Ermənistanı çox məşğul edir
Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın BMT sülhməramlılarına namdat verilməsi üçün BMT TŞ-yə müraciət eləmək ehtimalını istisna eləmədiyi barəsindəki açıqlamasını şərh edib. Peskovun sözlərinə görə, Ermənistan hakimiyyətinin Azərbaycana beynəlxalq sülhməramlıların yerləşdirilməsi üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət eləmək arzusu Moskva ilə İrəvan arasında işgüzar səviyyədə müzakirə edilir. O deyib: “Müxtəlif səviyyələrdə daim təmaslar olur, bu mövzu dəfələrlə gündəlikdə olub”.
RF Prezidenti V.Putinin mətbuat katibi bu məsələnin həllində Azərbaycanın razılığının əsas olduğunu söyləyib: “Bəllidir ki, istənilən addım yalnız münaişənin hər iki tərəfinin razılığı ilə atıla bilər”.
Hürr Tərcüman