📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva İrəvandan narazıdır - RF XİN-dən yeni açıqlama

2023-09-07 12:39:23

Moskva İrəvandan narazıdır - RF XİN-dən yeni açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Ermənistanda ABŞ hərbçiləri ilə birgə təlimlərə çox ciddi diqqət yetirdiyini bir daha xatırladıb. Bəlli olduğu kimi, sentyabrın 11-də Ermənistanda erməni və amerikalı hərbçilərin birgə təlimləri başladılacaq.

Ryabkov TASS müxbirinin məsələ ilə əlaqədar sualının cavabında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü öz müttəfiqləri ilə təlimlər keçirilməsi praktikasına əsaslanmalıdır.

“Ermənistan – KTMT üzrə müttəfiqimizdir. Müttəfiqlər daxil olduqları ittifaqın üzvləri ilə birgə təlimlər keçməlidirlər”.

Hürr Tərcüman