📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” - Rusiya XİN

2023-03-27 23:59:00

“Moskva İrəvanın bu addımını qəbuledilməz hesab edir” - Rusiya XİN

Moskva İrəvanın Rusiya rəhbərliyinə qarşı çıxarılan orderlər fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Moskva rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını BCM-in Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab edir”, - mənbə deyib.

O, həmçinin Ermənistan tərəfinə atılacaq mümkün addımların ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edildiyinə də vurğulayıb.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar verib.