Moskva İrəvanın “yox” cavabını təəssüflə qarşılayır
Hurriyyet.az xəbər verir ki, dekabrın 22-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Ermənistan Azərbaycanın Xarici İşlər naziri ilə Moskvada görüşməkdən imtina edib
Rusiya XİN-in telefon danışığı ilə bağlı açıqlamasında deyilir: “Söhbət zamanı İrəvanın dekabrın 23-də Moskvada keçiirlməsi planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqqaviləsinə hazırlıq məsələlərinin müzakirə ediləcəyi görüşdən imtina eləmək qərarının təəssüflə qarşılandığı bildirilib”.
RF XİN-in açıqlamasında söhbət zamanı (Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş – red.) Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında qiymətli metal yataqlarının istismarı ilə bağlı tərəflərin fikir müxtəlifliyi və etirazlara görə Laçın dəhlizində yaranmış vəziyyətin də müzakirə edildiyi qeyd olunur.
Hürr Tərcüman
