Moskva Londonla Vaşinqtonun Yəmənə hücumlarını pislədi: "Qeyri-legitimdir"
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya ABŞ ilə Böyük Britaniyanın Yəmən dövlətinin ərazilərinə zərbələrini pisləyib və onları qeyri-legitim hesab elədiyini bəyan edib. Moskva qəbul edilmiş qətnamənin Yəmənə zərbələr endirməyə əsas vermədiyini bildirib. Bu barədə açıqlamanı RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov verib.
Peskov deyib: "Qətnamə qəbul ediləndə biz bitərəf qaldıq. Zərbə endirən ölkələr öz hərəkətlərinə beynəlxalq hüquqi don geyindirməyə çalışdılar. Bu cəhd boşa çıxdı. Çünki qəbul edilmiş qətnamə zərbələr endirmək üçün heç bir hüquqi əsas vermir. Buna əsasən də, beynəlxalq hüquq baxımından həmin zərbələr qeyri-legitimdirlər".
Kremlin rəsmi təmsilçisi Rusiyanın dəfələrlə husiləri beynəlxalq gəmiləri vurmaqdan çəkindirməyə çalışdığını, Rusiyanın bunu qətiyyən doğru hesab eləmədiyini də qeyd edib.
Hürr Tərcüman