📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva qərarsızdır: G20-də kim təmsil edəcək?

2022-10-25 21:05:00

Moskva qərarsızdır: G20-də kim təmsil edəcək?

Moskva hələ ki, İndoneziyada G20 sammitində Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi ilə bağlı qərar verməyib.

Bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

“Hələ ki, qərar verilməyib”, - deyə Peskov bildirib.

Qeyd edək ki, bundan öncə “Baza” nəşri G20 sammitində Rusiyanı baş nazir Mixail Mişustinin təmsil edəcəyi barədə məlumat yaymışdı. \\Axar