📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Moskva Qərbdə hər hansı nəticəli görüşə icazə verməyəcək" - ZAUR MƏMMƏDOV

2021-12-10 11:07:00

"Rusiya Ermənistandan tez bir zamanda sərhədlərin delimitasiyası - demarkasiyası ilə bağlı addımlar və kommunikasiya yollarının açılmasını istəyir"

"Dünən baş verən təxribatlar Brüssel görüşünün baş tutmamasına və ya nəticəsiz qalmasına hesablanıb. Bunda Paşinyan, yoxsa üçtərəfli bəyanatın digər üzvü maraqlıdır? Düşünürəm ki, hər kəsə aydındır". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.

Politoloq hesab edir ki, Moskva Qərbdə hər hansı nəticəli görüşə icazə verməyəcək: "Əgər bu dəfə Ermənistan ictimaiyyəti misal üçün "əsirlərin" Brüssel danışıqlarının nəticəsi kimi qaytarılmasını görərsə, bu, birmənalı olaraq pro-rus qüvvələrinin də əhvalına təsir edəcək. Ümumiyyətlə, Rusiya Ermənistandan tez bir zamanda sərhədlərin delimitasiyası - demarkasiyası ilə bağlı addımlar və kommunikasiya yollarının açılmasını istəyir".

Bakı Politoloqlar Klubunun sədrinin sözlərinə görə, İrəvan isə birinci məsələyə razılıq vermək istəmir: "Sərhədlə bağlı işçi qrupu belə, yaradılmayıb. İkinci məsələ, kommunikasiyalar isə onsuz da açılacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az