📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva sanksiyalardan qaçmağın yolunu tapdı: Hindistanla birgə tanker donanması qurulur

2022-12-21 11:07:00

Moskva sanksiyalardan qaçmağın yolunu tapdı: Hindistanla birgə tanker donanması qurulur

Rusiya və Hindistan azad tanker donanması yaradacaqlar. Bu barədə "RİA Novosti" yazır.
Moskva Dehliyə neft tankerlərinin icarəsi və alınması ilə bağlı yardım təklif edib. Görünür, sanksiyalar içində boğulan Moskva vəziyyətdən çıxış yolu üçün öz dəniz nəqliyyatını qurmağa qərar verib.
Bildirilir ki, Asiyaya ümumi yanacaq axını üç dəfə artaraq 2,5 milyon barrelə çatıb və onun üçdə biri təyinat yerini gizlədən tankerlər tərəfindən Rusiya limanlarından çıxarılır.
Nəticədə Rusiyadan dəniz yolu ilə xam neft ixracında Çinlə Hindistanın payı 68 faizə çatıb. "Asiya nəhəngləri Avropanın payına düşən neft barellərini demək olar ki, tamamilə uddular", analitiklər deyir.
Sığorta və daşıma xidmətlərinə çıxışa nəzarət edən G7 ölkələrinin qiymət limiti mexanizmi dekabrın 5-dək yüklənmiş və yanvarın 19-dək təyinat limanında boşaldılmış gəmilər üçün 45 günlük keçid dövrünü nəzərdə tutur. İstehlakçılar bu pəncərədən istifadə edirlər. Üstəlik, sənaye seqmentindəki mənbələrə görə, Hindistan neft emalı zavodları Rusiyanın mümkün uğursuzluqlarını ehtimal edərək əvvəlcədən daha böyük həcmlər üçün müqavilələr imzalayıb.
Ülviyyə, Hurriyyet.az