📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskva və Pekin "Uzaq Şərq" marşrutu üzrə yeni qaz müqaviləsinə imza atdılar

2022-02-04 13:40:00

Moskva və Pekin

Rusiyanın "Qazprom" və Çinin "Milli Neft və Qaz Korporasiyası" (CNPC) "Uzaq Şərq" marşrutu üzrə təbii qazın satışı üçün uzunmüddətli müqavilə imzalayıblar.
Razılaşmanın imzalanması qaz sektorunda Rusiya ilə Çin arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsində mühüm addım hesab olunur. Layihə tam gücü ilə işə düşdükdən sonra, Rusiya bu kəmərlə ötürülən qazın Çinə tədarükünün həcmini 10 milyard kubmetr artıracaq və "Sibir gücü" magistral qaz kəməri də daxil olmaqla illik 48 milyard kubmetrə çatacaq.

Ülviyyə, Hurriyyet.az