Moskvada “3+3” formatında sammitin ilk iclası keçiriləcək
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi “3+3” formatında ilk sammitin 10 dekabr tarixində Moskvada keçiriləcəyi barəsində açıqlama verib. Açıqlamada deyilir: “2021-ci il dekabrın 10-da Moskva şəhərində Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün təklif elədikləri 3+3 formatında beynəlxalq əməkdaşlıq platformasının ilk iclası keçiriləcək”.
Nazirlik bildirib ki, Türkiyəni görüşdə Xarici İşlər nazirinin müavini Sedat Onalın başçılıq elədiyi nümayəndə heyəti təmsil edəcək. Danışıqlarda Azərbaycan, Ermənistan, Rusiya və İran dövlətlərinin xarici işlər nazirlərinin müavinləri iştirak edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın 10 dekabr tarixində Moskvada keçiriləcək “3+3”, yaxud da ola bilsin ki, “3+2” formatlı sammitin işçi qruplarının iclasında iştirak edəcəyini bildirmişdi.
Hürr Tərcüman