📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada akvaparkda şübhəli obyekt – 2000-dən çox adam təxliyə edildi

2025-04-05 21:41:19

Moskvada akvaparkda şübhəli obyekt – 2000-dən çox adam təxliyə edildi

Moskvanın ən böyük qapalı su parkı olan Moreondan 2000-dən çox insan təxliyə edilib.
Bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.
“Qolobinskaya küçəsi, 16 ünvanında yerləşən binada şübhəli obyektin olması barədə məlumat daxil olub. Tam təxliyyə həyata keçirilib”, - məlumatda deyilib.
Qeyd edilib ki, hazırda binaya baxış keçirmək üçün kinoloqların gəlməsi gözlənilir. \\Yeniavaz.com