📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada anqar yandı

2023-03-05 00:25:00

Moskvada anqar yandı

Rusiyanın paytaxtı Moskvada Leninqradskoye şossesində plastiklə dolu anqarda yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumata görə, ümumi yanğın sahəsi 250 kvadratmetrə yaxın olub, hadisə zamanı binanın dam örtüyü uçub. Hazırda xilasedicilər yanğını söndürüb. Xəsarət alan yoxdur. \\Axar.Az