📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü

2026-03-07 21:21:15

Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü

Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyinə məxsus diplomatik nömrə nişanlı “Kia” markalı avtomobil “Prajskaya” metro stansiyasının giriş qapısına çırpılıb.

"Unikal" xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Qəza baş verən anda qapıların yaxınlığında sərnişinlərin olmadığı bildirilir.

Moskva Metropoliteninin mətbuat xidməti hadisəni təsdiqləyib və bildirib ki, qəza qatarların cədvəlinə təsir etməyib.