📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada bankda partlayış olub

2026-03-19 19:13:55

Moskvada bankda partlayış olub

Moskvada bankda partlayış olub.

APA Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın şimal-şərqində “Rosselxozbank”ın filialında partlayış baş verib.

Məlumata görə, naməlum şəxs Menjinski küçəsindəki bank filialına girib, bankomatı yandırıb və partlayışdan bir müddət əvvəl binadan çıxıb.

Partlayış nəticəsində hadisəni törədən yetkinlik yaşına çatmayan oğlan yaralanıb.