Moskvada “Bolşoy Teatr”da həyəcan təbili çalındı - VİDEO
2024-05-18 22:30:17
Rusiyanın paytaxtı Moskvada "Bolşoy Teatr"da tamaşa zamanı yalançı həyəcan təbili çalıb.
"Hurriyyet.Az" "Ölkə.az"-a istinadla xəbər verir ki, bu barədə “RIA Novosti“ məlumat yayıb.
“Moskvada “Bolşoy Teatr”da tamaşa zamanı yalançı həyəcan təbili çalıb. 1000-ə yaxın insan sərbəst şəkildə binanı tərk edib”, - məlumatda deyilir.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, həyəcan siqnalları işə salındıqdan sonra tamaşa davam edəcək.