Moskvada böyük yanğın
2024-02-15 08:51:44
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moskvanın Puşkin meydanında yerləşən "İzvestiya Holl" binasında yanğın baş verib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir: "Yenidənqurma işləri aparılan inzibati binada yanğın baş verib. İlkin hesablamaya görə, yanğının sahəsi 1500 kvadratmetr təşkil edir. Yanğın nəticəsində metal strukturun günbəzi binanın içərisinə düşüb. Hadisə yerində yanğınsöndürən və xilasedici qruplar çalışırlar".
Beş ballıq sistemlə yanğının ağırlığı 3-cü dərəcəli kimi müəyyənləşdirilib. Bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hürr Tərcüman