📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada bu gün Suriyaya dair keçirilməli olan görüş təxirə salındı

2023-03-16 13:11:00

Moskvada bu gün Suriyaya dair keçirilməli olan görüş təxirə salındı

Türkiyənin "NTV" telekanalı Suriya nizamlanması üzrə Moskvada bu gün keçirilməsi planlaşdırılan görüşün texniki səbəblərə görə təxirə salındığını bildirib. Görüş ilk dəfə İranın iştirakı ilə dördtərəfli formatda keçirilməli idi.
Bundan başqa, Suriya prezidenti Əsəd Ərdoğanla ancaq “Türk qoşunları Suriyadan çıxarıldıqdan sonra” görüşəcəyini bildirib. Eyni zamanda, o əlavə edib ki, danışıqlar prosesində vasitəçi kimi Rusiya Federasiyasına tam etibar edir.

Ülviyyə, Hurriyyet.az