📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada bütün müəssisələr bağlandı, qeyri-iş günü elan olundu

2023-06-24 20:48:00

Moskvada bütün müəssisələr bağlandı, qeyri-iş günü elan olundu

Bazar ertəsi, iyunun 26-sı paytaxt sakinlərinin əksəriyyəti üçün qeyri-iş günü olacaq.

Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim”, - Sobyanin yazıb.
Eyni zamanda, paytaxt rəhbərinin sözlərinə görə, şəhər xidmətləri yüksək hazırlıq rejimində işləyəcək.

Sobyanin həmçinin moskvalılardan mümkün qədər şəhər ətrafında səyahət etməkdən çəkinməyi xahiş edib. \\Ölkə.az