📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada dəhşətli partlayış: yaralılar var - Video

2023-08-09 13:27:00

Moskvada dəhşətli partlayış: yaralılar var - Video

Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodunda güclü partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 25 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu bildirilir.

Rusiya mətbuatının yazdığına görə, partlayışa texniki qaydaların pozulması səbəb olub.