📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada ən bahalı evin kirayə QİYMƏTİ

2024-06-07 21:17:00

Moskvada ən bahalı evin kirayə QİYMƏTİ

Moskva vilayətində ən bahalı evin kirayəsi ayda 8,8 milyon rubla başa gəlir.

Göstərilən məbləğə siz Rublevo-Uspenskoye şossesində yerləşən malikanəni icarəyə götürə bilərsiniz. Sahəsi 1,4 min kvadratmetrdir. Evdə vanna otağı olan bir neçə yataq otağı, iki ayrı soyunma otağı, iki ofis, qonaq otağı, barı olan mətbəx-yemək otağı, idman otağı, səhər yeməyi sahəsi olan terras var.

Bundan əlavə 50 sot torpaq sahəsində hamam və üç maşınlıq qaraj var. \\Redaktor.az