📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada ermənilərlə görüşən azərbaycanlıların kimliyi MƏLUM OLDU

2021-12-24 19:41:00

Moskvada ermənilərlə görüşən azərbaycanlıların kimliyi MƏLUM OLDU

 

Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi məlum olub.

Diplomatik mənbədən verilən məlumata görə, dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Qeyd edək ki, TASS 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşünün keçirildiyi barədə məlumat yayıb. \\APA