📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada gecə klublarında LGBT təbliğatına qarşı reydlər keçirilib

2024-12-02 14:38:36

Moskvada gecə klublarında LGBT təbliğatına qarşı reydlər keçirilib

Moskvanın gecə klublarında LGBT təbliğatına qarşı mübarizə çərçivəsində reydlər keçirilib. Bu barədə TASS Daxili İşlər Nazirliyinə istinadən yazır. Təhlükəsizlik qüvvələri “Arma” (keçmiş Mutabor), “Simach”, “Mono” və “Inferno” müəssisələrinə basqın edib.

Media yazır ki, qeyri-ənənəvi yönümlü miqrantlara çağırış vərəqələri verilib. Klublarda narkotik tapılıb. Müəssisələrin fəaliyyəti dayandırılıb. Həmçinin, müstəntiqlərin fikrincə, LGBT tərəfdarları üçün səfərlər təşkil edən turizm agentliyinin direktoru da saxlanılıb.

Xatırladaq ki, LGBT Rusiya Federasiyasında ekstremist kimi tanınır, fəaliyyəti qadağandır.

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/8637540797099?nochat=1" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

Ülviyyə, Hurriyyet.az