📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada güclü partlayış: Rusiya ordusunun generalı həlak oldu -FOTO/ VİDEO

2024-12-17 09:36:07

Moskvada güclü partlayış: Rusiya ordusunun generalı həlak oldu -FOTO/ VİDEO

Moskvada evlərdən birinin həyətində güclü partlayış olub. Nəticədə Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.

Hurriyyet.az xəbər verir ki, hadisə Moskvanın Nijni Novqorod rayonunda qeydə alınıb.

Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub.

Partlayışın yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində 2-ci binanın yaxınlığında baş verdiyi bildirilir.

Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.


Bizim.Media