Moskvada hava limanı bağlandı, Eminin təyyarəsi uça bilmədi
Xalq artisti Emin Ağalarov konsert turu zamanı hava yollarında qarşılaşdığı çətinlikləri izləyiciləri ilə bölüşüb.
Müğənni Aktauya uçduqdan sonra Yesentukidəki konsertə çatmaq üçün 11 saat qatarla yol getdiyini bildirib:
“Gözəl turumuz və macəramız davam edir. Son üç gündə başıma gələnləri bölüşürəm. Bakıdan Aktauya uçduq. Yesentukidə konsertə getməli idik. Mineralnıye Vodıya gəldik və oradan qatara minib 11 saat yol getdik. Konsert verib yatdıq, səhər durub maşınla Krasnodara gəldik. Orada da konsert verdik.
Moskvaya uçduq. Uçuş 3,5 saat olmalı idi, 5,5 saat oldu. Rusiyada hava limanları gah açıldı, gah bağlandı. Dedilər, Moskvada hava limanı bağlanıb. Kazana uçduq. Kazana çatdıq, dedilər, Moskva hava limanı açıldı. İndi də Kazan bağlandı. Dedilər, səhərə qədər uçuş olmayacaq”./axsam.az/