Moskvada metroda partlayış baş verib
Moskvada metrosunun Bitsevskiy Park stansiyasında partlayış baş verib. Yerli sosial şəbəkələrdə və teleqram kanallarında hadisənin görüntüləri sürətlə yayılıb.
"AzPolitika" xəbər verir ki, ilkin məlumatlara əsasən, partlayış vaqonlardakı elektrik avadanlığında yaranan qısaqapanma və ya texniki nasazlıq nəticəsində meydana gəlib. Hadisə terror aktı kimi qiymətləndirilmir, lakin dəqiq səbəblər hələ araşdırılır.
Partlayışdan sonra vaqonlardakı sərnişinlər təhlükəsiz şəkildə digər stansiyalara və ya xətlərə köçürülüb. Bəzi yaxın stansiyalarda (məsələn, Butovska xəttində) müvəqqəti olaraq giriş-çıxış məhdudlaşdırılıb, lakin hərəkət qismən bərpa olunub və qatarlar qrafikə uyğun işləyir.
Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur, lakin sərnişinlərin təxliyəsi operativ şəkildə həyata keçirilib. Hadisə yerində fövqəladə xidmətlər və polis əməkdaşları iş aparır..