📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada mikroavtobus qəzaya uğradı, 2 nəfər öldü, azı 7 nəfər xəsarət aldı

2025-05-24 00:02:03

Moskvada mikroavtobus qəzaya uğradı, 2 nəfər öldü, azı 7 nəfər xəsarət aldı

Rusiyanın Moskva vilayətində uşaqları daşıyan mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mikroavtobus iki minik avtomobili ilə toqquşduqdan sonra aşıb.

Hadisə şahidlərinin sözlərinə əsasən, xəsarət alanlar arasında uşaqlar da var. Qəza nəticəsində bir qadın və bir uşaq ölüb, azı 7 nəfər xəsarət alıb.

Əraziyə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib və helikopter göndərilib. \\Redaktor.az