📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada ölənlər arasında azərbaycanlı var? - Açıqlama

2024-03-23 09:46:07

Moskvada ölənlər arasında azərbaycanlı var? - Açıqlama

“Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı nəticəsində ölən və yaralananların arasında azərbaycanlıların olub-olmaması ilə bağlı məlumat yoxdur”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində 99 nəfərin həlak olduğunu, 146 nəfərin yaralandığını açıqlayıb.