📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada terrora cəhd - Putin Təhlükəsizlik Şurasını çağırdı

2026-04-03 17:57:12

Moskvada terrora cəhd - Putin Təhlükəsizlik Şurasını çağırdı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən planlaşdırlan terror aktının qarşısını alıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, terakt Rusiyanın yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşına qarşı planlaşdırılıb.

Məlumata görə, FSB-nin bomba zərərsizləşdirilməsi üzrə mütəxəssisləri hadisə yerində plastik partlayıcı maddə və qəlpədən ibarət olan partlayıcı qurğu aşkarlayıblar.

Digər məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.