📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada tibbi maskaya görə atışma - 2 ölü, 3 yaralı + Yenilənib

2021-12-07 17:59:00

Moskvada tibbi maskaya görə atışma - 2 ölü, 3 yaralı + Yenilənib

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində atışma baş verib.

Qafqazinfo TASS-a istinadən xəbər verir ki, insident çoxfunksiyalı dövlət xidmətləri mərkəzində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılardan birinin uşaq olduğu deyilir.

Hadisəyə səbəb mühafizəçinin bir şəxsdən maska taxmasını tələb etməsi olub. Həmin şəxs isə silahını çıxararaq atəş açmağa başlayıb. Sözügedən şəxs saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, saxlanılan şəxs keçmiş hərbçidir. 

Qafqazinfo.az