📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvada xüsusi rejim tətbiq edildi – qiyamçılara qarşı antiterror əməliyyatı aparılacaq

2023-06-24 10:55:00

Moskvada xüsusi rejim tətbiq edildi – qiyamçılara qarşı antiterror əməliyyatı aparılacaq

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Milli Antiterror Mərkəzinin bəyanatına görə, “mümkün terror aktlarının qarşısının alınması” məqsədi ilə Moskva şəhəri və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Xəbər verdiyimiz kimi, Yevgeni Priqojinin rəhbərliyi ilə “Vaqner” özəl hərbi şirkətinin muzdluları ötən gecədən bəri Rusiya ordusunun 3 vertolyotunu vurmuş, Rostov vilayətinə nəzarəti öz əllərinə keçirmişlər. Priqojin öz ordusunun Moskvaya doğru yürüş edəcəyini bəyan edib.

Rusiya Müdafiə Nazirliyi Yevgeni Priqojinin başçılığı altında vaqnerçilərin yaratdığı vəziyyəti silahlı qiyam adlandırıb.

Hürr Tərcüman