Moskvadan açıqlama: "Makron odla oynayır"
2024-04-09 09:31:17
Hurriyyet.az xəbər verir ki, RF XİN-in MDB ölkələri üzrə II departamentinin başçısı Aleksey Polişuk TASS informasiya agentliyinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi kontingentin göndərilməsinin mümkünlüyü barəsində müzakirələr açmasından danışarkən deyib: "Belə söhbətlər narahatlıq doğurmaya bilməz. Ukraynaya hərbi müdaxilə çağırışları edən siyasətçilər odla oynayırlar".
Onun sözlərinə görə, bir sıra Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçkiqabağı maraqlarına qurban verirlər. Polişuk deyib: "Böhranın böyüməsi və münaqişənin daha da alovlanması riskini dərk eləmədikləri təəssüratı yaranır. Bu, siyasi infantilizmdir".
Hürr Tərcüman
