📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər - Yenilənib

2026-08-03 10:18:04

Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər - Yenilənib

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

Hurriyyet.Media xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov paylaşım edib.

Onun sözlərinə görə, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb.

Bildirilib ki, boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəlibmiş.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 20:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.