📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvadan Gəncəyə uçan təyyarə üç saatdan çox yubanıb - SƏBƏB

2025-12-27 16:36:24

Moskvadan Gəncəyə uçan təyyarə üç saatdan çox yubanıb - SƏBƏB

Moskvanın Domodedovo hava limanından Gəncəyə uçması planlaşdırılan təyyarə reysi 3 saatdan artıq yubanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanallarında məlumat verilib.

Ural Hava Yollarının "U62411" reysi ilə uçan sərnişinlər qeyd ediblər ki, Domodedovodan Gəncəyə 12:00 uçuşu üç saat yarım gecikib:

"Sərnişinlər deyirlər ki, uçuş hər 30 dəqiqədən bir yenidən planlaşdırılıb. Hava limanının və aviaşirkətin nümayəndələri gecikmənin səbəblərini izah etməyiblər".

Oxu.az