📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvadan Kiyevə şərtli sülh mesajı: Rusiya öz mövqeyinin dəyişmədiyini elan etdi

2026-09-24 18:50:17

Moskvadan Kiyevə şərtli sülh mesajı: Rusiya öz mövqeyinin dəyişmədiyini elan etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyası çərçivəsində Moskvaya gəlişi ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə reaksiya verib.

Hurriyyet.media  xəbər verir ki, Kreml rəsmisi Ukrayna liderinin sözlərini şərh edərkən Rusiyanın sülh prosesinə dair mövqeyini bir daha xatırladıb.

Xatırladaq ki, Zelenski BMT tədbirində jurnalistin Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı sualına "raketlə uçacağam" deyə cavab vermişdi. Peskov bu bəyanatı dəyərləndirərkən bildirib: "Zelenski BMT Baş Assambleyasının kuluarlarında çoxlu bəyanatlar verir. Atəşkəsə gəlincə, bir daha təkrar edirik: biz münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə açığıq, lakin hesab edirik ki, müvəqqəti atəşkəsə deyil, tam sülhə can atmaq lazımdır. Bizim mövqeyimizdə heç bir dəyişiklik baş verməyib".

Kremlin bu açıqlaması Rusiyanın Ukraynadakı müharibənin dondurulması ssenarisini qəbul etmədiyini və öz şərtləri daxilində yekun razılaşmaya üstünlük verdiyini göstərir.