Moskvadan Tbilisiyə ilk reysin tarixi açıqlandı
2023-05-16 17:02:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, uzunmüddətli fasilədən sonra “Azimut” aviaşirkətinin təyyarəsi mayın 19-da Moskvadan Tbilisiyə ilk uçuşunu edəcək. Gürcüstan hökuməti artıq Rusiya tərəfinə uçuşlara icazə verib.
“Azimut” şirkəti uçuşların hər gün olacağını xəbər verib.
Uçuşların açılması ilə əlaqədar qarşıdakı aylarda Rusiyadan Gürcüstana turist axınının xeyli artacağı gözlənilir.
Hürr Tərcüman