Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: "Raketləri təcili adadan çıxarın"
2026-09-18 20:11:44
Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Kyuşu adasında ABŞ-nin "Typhon" orta mənzilli yerüstü raket komplekslərinin yerləşdirilməsi ilə bağlı Tokioya rəsmi etiraz notası təqdim edib.
Hurriyyet.media xəbər verir ki, Rusiya diplomatik korpusu bu addımı qətiyyətlə pisləyib və sözügedən silahların dərhal ərazidən çıxarılmasını tələb edib.
Rusiya XİN-dən bildirilib ki, ABŞ-yə məxsus raket sistemlərinin Rusiyanın Uzaq Şərq sərhədlərinin birbaşa yaxınlığında peyda olması ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaradır və bütün Asiya-Sakit okean regionunda gərginliyi artırır. Moskva xəbərdarlıq edib ki, yaranan təhlükəsizlik risklərini neytrallaşdırmaq üçün cavab xarakterli hərbi-texniki tədbirlər görmək hüququnu özündə saxlayır.