📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvadan Ukrayna münaqişəsinin dondurulması ilə bağlı QƏTİ MÖVQE

2026-08-18 22:36:09

Moskvadan Ukrayna münaqişəsinin dondurulması ilə bağlı QƏTİ MÖVQE

"Rusiya Ukraynadakı münaqişənin mövcud cəbhə xətti boyunca dondurulması variantını nəzərdən keçirmir".

Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Siz bizim münaqişə ilə bağlı mövqeyimizi bilirsiniz, mövqeyimiz bu variantı istisna edir", - deyə Uşakov vurğulayıb.

Uşakov ölkələrin Rusiya və Ukrayna arasındakı münaqişəni yalnız döyüş təmas xətti boyunca dondurmaq təklifi ilə bağlı suala bu cür cavab verib.