📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvanı 3 gün ərzində 18 mindən çox insan qoruyacaq

2024-03-14 22:43:32

Moskvanı 3 gün ərzində 18 mindən çox insan qoruyacaq

Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri zamanı Moskvada təhlükəsizliyi 18,5 min nəfər təmin edəcək.

Hurriyyet.Az unikal-a istinadən xəbər verir ki, bu barədə Moskva merinin portalı məlumat yayıb.

"Martın 15-dən 17-dək Rusiyada keçiriləcək prezident seçkiləri zamanı Moskvada ictimai asayiş hər gün 18,5 mindən çox insan tərəfindən təmin ediləcək", - məlumatda deyilir.

Portalın məlumatına görə, seçki məntəqələri martın 15, 16 və 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq.