📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvanın gileyi: Ermənistan Rusiyadan uzaqlaşmağa başlayıb

2024-06-05 10:56:49

Moskvanın gileyi: Ermənistan Rusiyadan uzaqlaşmağa başlayıb

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS informasiya agentliyinə müsahibəsində Ermənistanın daha XİN və MN xətti ilə Rusiya ilə təmaslara maraq göstərmədiyini bəyan edib. Onun fikrincə, bu, Qərbin təzyiqinin nəticəsidir. Nazir müavini deyib: "2023-cü ilin sentyabrından bəri xarici işlər nazirlərimiz görüş keçirməyiblər. Tərəfdaşlarımız bizim xarici işlər nazirlikləri arasında məşvərətlərlə bağlı növbəti plan hazırlamaq təklifimizə maraq göstərməyiblər. Müdafiə nazirlikləri xətti üzrə təmasların dinamikasının aşağı düşməsinin də səbəbkarı biz deyilik. Hərbi-texniki əməkdaşlıq da öləziyib".
Qaluzin təmsil elədiyi nazirliyin ölkələr arasında münasibələrin yaxşılaşacağına inandığını və Rusiyanın bunun üçün addımlar atmağa hazır olduğunu bildirib. 
Hürr Tərcüman