📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvanın mərkəzində atışma oldu

2024-02-14 23:53:09

Moskvanın mərkəzində atışma oldu

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Plyuşçixa küçəsində atışma baş verib. 

Bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Plyuşçixa küçəsində vətəndaşlar arasında münaqişə baş verib. Bu zaman iştirakçılardan biri tapança ilə qarşı tərəfə neçə dəfə atəş açıb. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir", - agentliyin həmsöhbəti bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.  \\Redaktor.Az