📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvanın quldurbaşısı Vardanyandan təklif: hava dəhlizi açılsın

2022-12-15 13:11:00

Moskvanın quldurbaşısı Vardanyandan təklif: hava dəhlizi açılsın

Moskvanın Qarabağdakı qarətçi tamahkar maraqlarını əldən verməməkdən ötrü Xankəndinə yolladığı talançı təmsilçisi Ruben Vardanyan açıqlama verib ki, Azərbaycanın Qarabağ bölgəsinə təcili olaraq humanitar hava dəhlizi açmaq lazımdır. Bu barədə rus teleqram kanalları xəbər yayıb.

Sözsüz ki, gözstərişin haradan qaynaqlandığı aydındır. Əslində Rubenin irəli sürdüyü hava dəhlizi Kremlin sifarişidir. Çünki Rusiya Xocalıya burada quldur dəstəsi kimi dəstəklədiyi separatçılar üçün birbaşa silah və sursatlar daşıyacaq. Üstəlik bütün bunlar Azərbaycanın nəzarəti olmadan baş verəcək.
Ona görə də Azərbaycan buna icazə verməməlidir. Çünki rəsmi Bakının icazəsi olmadan Xocalı aeroportundan istifadə etmək mümkün deyil.

Ülviyyə. Hurriyyet.az