📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Moskvanın stajlı quldurbaşısı Vardanyan Azərbaycana hədə-qorxu gəlir-

2022-12-15 12:09:00

Moskvanın stajlı quldurbaşısı Vardanyan Azərbaycana hədə-qorxu gəlir-

Moskvanın stajlı quldurbaşısı Ruben Vardanyan həddini aşaraq Azərbaycana hədə-qorxu gəlməyə davam edir. O iddia edib ki, azərbaycanlıların bu yolda olmağa haqqı və qərar qəbul etmək haqqı yoxdur. Vardanyan bu barədə Facebook səhifəsində canlı yayında deyib.
O qeyd edib ki, heç vaxt belə bir şey olmayıb, nə 90-cı illərin müharibəsində, nə də 44 günlük müharibədə yol bağlanmayıb. Onun fikrincə, Azərbaycan ermənilərin belə bir vəziyyətə nə qədər dözə biləcəyini anlamağa çalışır. Vardanyan Azərbaycan tərəfinin erməni avtomobillərini buraxacaqları barədə bəyanatlara toxunaraq deyib: “Onlar kimdir ki, bizə icazə versinlər, ya verməsinlər. Onların bu yolda olmağa, qərar verməyə haqqı yoxdur. Onlar bu yoldan getməlidirlər. Biz Rusiya sülhməramlılarının müşayiəti ilə bu yoldan yalnız bizim istifadə etmək hüququmuz olduğunu başa düşməyənə kimi heç nə dəyişməyəcək. Onların əlinə belə bir fürsət düşsə, biz onların qarşısını ala bilməyəcəyik”, deyə Ruben Vardanyan bildirib. 

P.S. Sözsüz ki, rus "şərməramlıları" da, Vardanyan da, Araik də sadəcə Kremlin alətləridirlər. Şərin başı Moskva-Kremldir. 

Ülviyyə, Hurriyyet.az