📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Moskvanın verdiyi silahlar İrəvanı qane etmir" - "Özümüz istehsal edəcəyik"

2024-05-21 13:22:26

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Civilnet" portalına müsahibəsində Moskvanın verdiyi silahların İrəvanı qane etmədiyini söyləyib.
Qriqoryan deyib: "Ermənistan Rusiyadan çox güclü şəkildə asılı olub, bizim bütün "təhlükəsizlik yumurtalarımız" bir səbətin içərisində idi. 
Biz bunun süquta apardığını gördük. Rusiyadan asılılığı azaltmaq üçün münasibətlərə bu “meyllənməni” tətbiq etməli olduq. Təhlükəsizlik baxımından bir çox irəliləyişlər var. Məsələn, 2020-ci ildə silahların 96%-i Rusiyadan alınıbsa, son 4 ildə bu 96 faiz 10 faizdən aşağı düşüb və bu, reallıqdır".
O, Rusiyanın Ermənistana silah göndərdiyini, lakin İrəvanın göndərilənlərlə kifayətlənmədiyini deyib: “Biz daha çox göndərilməli olduğunu düşünürük. Biz bunun pulunu ödəmişik və son 4 ildə ödədiyimizi almamışıq”.
Onun sözlərinə görə, Ermənistan öz silahlarının istehsalı üzərində intensiv şəkildə çalışır.
“Hazırda hesab edirik ki, yerli silah istehsalının payı 25% və ya uğurlu halda 30% diapazonunda olmalı, qalan 70-75% isə tərəfdaşlarımızdan tədarük edilməlidir. Bizim beş və ya daha çox partnyorumuz olmalıdır ki, sabit təhlükəsizliyi təmin edək və əmin olaq ki, əgər hər hansı tərəfdaş lazım olanı təmin edə bilməsə, yerli istehsalı inkişaf etdirməliyik”.


Hürr Tərcüman